SEKTOR ÜZRƏ QIYMƏTLƏNDİRMƏ (XÜLASƏ): NƏQLİYYAT 1

Similar documents
SEKTOR ÜZRƏ QİYMƏTLƏNDİRMƏ (XÜLASƏ): SU TƏCHİZATI VƏ DİGƏR ŞƏHƏR INFRASTRUKTURU VƏ XİDMƏTLƏRİ 1

Azərbaycan iqtisadiyyatına investisiyalar: Müqayisəli təhlil

Bina: A Qeyd olunan istiqamətlər: 1. Flame Towers 2. Bayraq meydanı 3. Dəniz 4. Su idman sarayı 5. Yeni bulvar

İQTİSADİYYATIN VƏ İXRACIN DİVERSİFİKASİYASININ QİYMƏTLƏNDİRİLMƏSİ

AQRAR SAHƏNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINDA BİZNES-İNKUBATORLARIN ROLU. Təranə Qurbanova

İqtisadi və Sosial İnkişaf Mərkəzi. Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi

AZƏRBAYCANDA ÖZƏL SEKTORDA QADINLAR: İMKANLAR VƏ ÇƏTİNLİKLƏR

MƏDƏNIYYƏTIN IQTISADI INKIŞAFA TƏSIRI

Regional iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətləri (Lənkəran iqtisadi rayonu timsalında)

Bazar Amilləri və Tələbin Təhlili. World Bank

REPORT 2016 MİLLİ HESABAT

YOXSULLUQ PROBLEMİNİN BİZNES VASİTƏSİLƏ HƏLLİ:

İnkişaf üçün İKT-nin tətbiqi

SƏRGİ VƏ KONFRANSIN RƏSMİ AÇILIŞ MƏRASİMİ

Elektron Hökumət Sertifikat Xidmətləri Mərkəzinin Sertifikatın tətbiqi qaydaları

RОspublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün İnПormatika dərslik komplekti

ت صادی ت ش کن آتی در سیةزهی ی

İnformasiya texnologiyaları problemləri, 2015, 1, 62-69

QENDER STEREOTİPLƏRİNİN YARANMASINDA KİV-İN ROLU

xolestazlar İsə adətən cərrahi yolla müalicə olunurlar

Əlavə 8A. AYDH 3Ö seysmik tədqiqatı sualtı səsin tədqiq olunması. AYDH 3Ö seysmik tədqiqat Ekoloji və sosial-iqtisadi təsirin qiymətləndirilməsi

Q.M.PALATNÈKOV, R.Y.QASIMOV

Sübutetmə standartı 1 Azərbaycan mülki prosessual məhkəmə təcrübəsində (sübutların qiymətləndirilməsi standartı)

MƏDƏNĐYYƏT SĐYASƏTĐ VƏ MƏNƏVĐ DƏYƏRLƏRĐN KULTUROLOJĐ MAHĐYYƏTĐ Cultural Policy and Cultural Value of Spiritual Principles

Sərbəst iş. Mövzu 1: TƏRKİB VƏ XASSƏLƏRİNƏ GÖRƏ KOMPLEKS BİRLƏŞMƏLƏRİN TƏSNİFATI

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün İngilis dili dərslik komplekti

TƏDRİS MƏRKƏZİ. Güc kabelləri və armaturlarının yeni texnoloji üsullarla montajı və istismarı

NMC İllik Xəzər Texniki Konfrans və Sərgisi

Post office A/C A/C A/C A/C A/C A/C. Page 1 of 48

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ İLAHİYYAT FAKÜLTƏSİNİN ELMİ MƏCMUƏSİ

BAKI DÖVL8T UNİVERSİTETİ IL HIYYAT FAKULT8SIN ELMİ M8CMU8Sİ

M E D I C A L E N G I N E E R I N G

Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin fikirləri. Avropa İttifaqı tərəfindən maliyyələşdirilmişdir

ZƏBUR GİRİŞ «Zəbur» Müqəddəs Kitabın mədh və dualar toplusudur. Bu mədh və dualar uzun illərin məhsulu olub müxtəlif müəlliflər tərəfindən musiqi

OUTLINE (Updated as of April 24, 2011)

"_,ff#,;i:ff i,ffi :il",*,"aff :,:,Jfl*:*ff;-,:'fl ;l;h:

Transportation Day at the Capitol. Charlie Zelle Commissioner, MnDOT Feb. 16, 2017

SUSTAINABLE COMMUTING MADE EASY

Linking Land Use & Transportation in Minneapolis

Capital and Strategic Planning Committee. Item III - B. April 12, WMATA s Transit-Oriented Development Objectives

Government transport policy

KooRDirunsive xiuynsrnrn OSASLARI

URBAN TRANSPORT FOR DEVELOPMENT Slobodan Mitric World Bank. CODATU XIII, November 2008 Ho Chi Minh City, Vietnam

Res. Ass. Gülsen TOSUN TUNÇ Aksaray University, Faculty of Sport Sciences, Sports Management Department, Aksaray/Turkey

THE DEVELOPMENT AND DIRECTIONS OF SPECIAL TRAINING AND SPORT IN AZERBAIJAN

Out-of-the-Box Solution to the Traffic Congestion in Metro Manila

Major Mobility Improvement Program (MMIP)

INTRODUCTION DISCUSSION

SUMPs - a new planning paradigm for sustainable urban mobility - how to bring it

What s the issue for transport in Cardiff?

First and Last Mile Plan. April 2016

COMMENTS ON THE INDUSTRIAL POLICY: THE CASE OF TURKEY

APPENDIX C. Systems Performance Report C-1

THE NIGHT WORKFORCE PART 1

QUARTERLY REPORT July - September Quarter SERIES NO. SDT:

COMCEC TRANSPORT OUTLOOK 2014

Policy and Strategy for Sustainable Urban Transport in Vietnam

Cycle Highways for Chicagoland! See Italy, Chicago, China, London, Copenhagen, LA, and a proposed work-in-progress system in Chicagoland s region.

Canada s Capital Region Delegation to the Velo-City Global 2010 Conference

Extracting Maximum Benefit from Parking Policy - 10 Years Experience in Perth, Australia. By Emmerson Richardson Sinclair Knight Merz

EXISTING CONDITIONS OF AND SOLUTIONS FOR THE DEVELOPMENT OF SUSTAINABLE URBAN TRANSPORT IN SOME MAJOR CITIES OF

City Report. < Ulaanbaatar City, Mongolia>

Regional Bus Priority

Energy Outlook Global and Domestic Trends and Challenges. Dr. John Caldwell Director of Economics, EEI 1

Linking Transportation and Health in Nashville & Middle Tennessee

The Amsterdam Story. The socio-economic value of cycling and innovative planning practices in context in transition. Kees van Ommeren.

Value of time, safety and environment in passenger transport Time

Michael Cramer MEP. Closing Plenary Velo-City Global. Cycling in Europe. Presentation by Michael Cramer Taipei, March 1 st 2016

London Cycle Network Annual Report 2000

Helsinki. Explaining Active Transportation Success in a City with Winter. Karl Saidla, Ph.D. Candidate, University of Ottawa, Human Kinetics

ASIA PACIFIC RAIL 2006

Traffic Congestion and Mismanagement in Dhaka City

CITY PLANNING ADMINISTRATION. The walkable city. Michael Erman, City of Stockholm Vienna/CORP 2012, 15 May 2012

Alexander Uss Acting Governor of Krasnoyarsk region

Konstantin Glukhenkiy Economic Affairs Officer

Inland Container Depot(ICD) in Korea: focusing on Uiwang and Yangsan

SUMP, TOD, BRT, Bike and Pedestrian

ACTIVE TRANSPORTATION

Fixed Guideway Transit Outcomes on Rents, Jobs, and People and Housing

MTA CAPITAL PROGRAM: Tri-State Transportation Campaign

Intro Strategic Plan SFTP TDM Facilities Transit Bicycle Pedestrian Taxi BICYCLE UPDATE. Presented by Timothy Papandreou, Strategic Planning & Policy

Cycle network linking Wolverhampton city centre and Bilston town centre with employment sites and residential areas:

WATERTIGHT INTEGRITY. Ship is divided into watertight compartments by means of transverse and longitudinal bulkheads bulkheads.

ENERGY TRANSITION PATHWAYS FOR THE 2030 AGENDA IN ASIA AND THE PACIFIC

Cycling Inclusive Transport Planning

Mobility Greater Johnson County Transportation Coalition. May 23, 2018

JOINT PARTNERSHIPS: Working Together To Support Light Rail in Santa Monica

Setting Regional and National Road Safety Targets

Findings: Socio-economical and networking issues

March, 2017 Christophe Najdovski, Deputy Mayor of Paris for transport, street network, mobility and public space. Roads and Mobility Parisian Policy

Planning for tennis in your Local Government Area. A resource from Tennis Australia

Assessment of Infrastructure and Institutional Framework for Integration of Cycling and Mass Rapid Transit System: The case study of Taipei

BICYCLE/PEDESTRIAN ACCESS TO TRANSIT SAFETY ASSESSMENT FOR EXISTING AND PLANNED SECTIONS OF US 19

CHAPTER 7. Quick Revision Notes ACCOUNTING FOR ISSUE OF DEBENTURES

SPECIFIC SELECTION CRITERIA FOR SELECTING JUNIOR TRACK ATHLETES FOR THE 2014 JUNIOR TRACK WORLD CHAMPIONSHIPS AUG. 8-12, 2014, IN SEOUL, SOUTH KOREA

Opening address for dinner-debate

AGENDA. Stakeholder Workshop

VILNIUS SUMP. Gintarė Krušinskaitė International project manager place your logo here

Purpose and Need. Chapter Introduction. 2.2 Project Purpose and Need Project Purpose Project Need

Bus Rapid Transit Plans

Transcription:

SEKTOR ÜZRƏ QIYMƏTLƏNDİRMƏ (XÜLASƏ): NƏQLİYYAT 1 Sektorun Yol Xəritəsi 2 1. Sektorda Fəaliyyət, Problemlər, və İmkanlar 1. Sektorda Fəaliyyət. Azərbaycanın nəqliyyat sektoru ölkənin ümumi daxili məhsulunun (ÜDM) 6-8%-ni təşkil edir və regional əməkdaşlığın artırılması eləcə də ölkə iqtisadiyyatının dəstəklənməsində mühim rol oynayır. Nəqliyyat sektoru əsasən şəhərlərarası yollar/magistralllar və dəmiryolu şəbəkəsindən ibarətdir. Yollar sərnişin kilometr (km) ölçü ilə ümumi sərnişinlərin 79%-nə və ümumi həcmin ton-km ölçüsü ilə təxminən 28%-nə xidmət göstərir. Yük daşımaları əsasən dəmiryolları ilə daşınır, yolla daşınan yüklərin həcmi 2006-2010-cu illərdə 20 dəfə artmışdır. Ümumi nəqliyyat sektorunda yolların payının əhəmiyyətli dərəcədə artacağı gözlənilir ki, bu ölkənin inkişafında yol alt-sektorunun əhəmiyyətini artıracaqdır. 2. Qeyri-şəhər yol şəbəkəsi yolların 25,000 km-ni təşkil edir ki, buraya Dağlıq Qarabağın 4,498 km və Naxçıvan Müxtar Respublikasının 2,078 km-i daxildir. 3 Bunun 7,016 km-i dövlət yolları və 17,997 km-i isə bələdiyyə yollarıdır. Şəbəkədə əsas iki magistral yolu vardır: (i) ölkə paytaxtı Bakını Gürcüstan sərhəddi ilə birləşdirən şərq-qərb magistral yolu, və (ii) Rusiya sərhəddindən Bakı vasitəsilə İran sərhəddinə uzanan şimal-cənub magistralı. Yolların 51%-i işarələnmiş və 49% isə işarələnməmişdir. Lakin yol şəbəkəsinin 60%-i bərbad vəziyyətdədir. 3. Hər 1,000 nəfər əhaliyə düşən motorlu maşına sahib olma payı sürətlə artmaqdadır. 2010-cu ildə avtomobillərin sayının 983,000 olması qeydə alınmış və bu 2005-ci ildə 612,000-dən təxminən 60% artıqdır. 4 Bu 2010-cu ildə hər 1000 nəfərə 110 nəqliyyat vasitəsi düşməsini göstərir ki, 2005-ci ildə bu göstərici 73 olmuşdur. Bu təmayül ölkədə davamlı iqtisadi artıma görə daha da artacaqdır. Bakıda, maşınların sayı 1990-cı illərin əvvəlləri ilə müqayisədə dörd dəfə artıqdır və hazırda hər 1,000 sakin üçün 200 nəqliyyat vasitəsi düşür. 4. 2005-ci ildə 3,179 yol qəzası baş vermiş və 1,065 ölüm və 3,668 zərərçəkənlə nəticələnmişdir. 2005-ci ildə ölüm dərəcəsi hər 1000 nəqliyyat vasitəsi üçün 17.4 olmuşdur ki, bu inkişaf etmiş Avropa ölkələrinin bəziləri ilə müqayisədə olduqca yüksəkdir. 2005 və 2010-cu illər arasında, aşağıya doğru təmayül başlamışdır. 2011-ci ildə 2,890 yol qəzaları qeydə alınmışdır ki, bu 1,016 ölüm və 3,031 zərərçəkənlə nəticələnmişdir; lakin 2010-cu ildə həmin müddət üçün bu göstəricilər müvafiq olaraq 6.2%, 9.8% və 5.6%, artmışdır. 5 5. Özəl sektor yol nəqliyyatı xidmətlərinin təminatında aparıcı yol oynamaqla, yükdaşımaları və sərnişin daşınmasının 95%-ni həyata keçirir. Dövlətə məxsus yol nəqliyyat operatorlarının əksəriyyəti özəlləşdirilmişdir və xarici yol nəqliyyat operatorlarına biznes açmaq icazəsi verilmişdir. Yüş daşımalarının haqqları və yerli yol nəqliyyatı üçün avtobusla gediş haqqları bazar 1 Bu icmal AIB-in müxtəlif texniki yardım hesabatlarına və hökumətlə, eləcə də maraqlı tərəflərlə aparılan məsləhətləşmələrə əsaslanır. 2 Burada əsas diqqət qeyri-şəhər nəqliyyatıdır, lakin şəhər nəqliyyatının bəzi aspektləri burada qeyd edilir. Şəhər nəqliyyatı Əməkdaşlar üçün Layihə Təsnifatı Sisteminin Yeni Variantı(2009) əsasında AİB-in sektor təsnifatında nəqliyyat və İKT sektoru ilə idarə olunur, lakin Sektorun Qiymətləndirilməsi: Su Təchizatı və Digər Bələdiyyə İnfrastrukturu və Xidmətlərinə (Xülasə) daxil edilir (Azərbaycan üzrə 2014-2018-ci illər üzrə CPS-in Əlavə 2-sində göstərilən sənədlərin siyahısından əldə edilə bilər) çünki AİB Azərbaycanda şəhər infrastruktur və xidmətlər üzrə strateji yanaşma qəbul etmişdir. Şəhər nəqliyyatı göstəriciləri, Əlavə 2-də nəticələr çərçivəsində təqdim edilmişdir. 3 Naxçivan mərkəzi Azərbaycandan coğrafi cəhətdən Ermənistanla ayrılır. Mərkəzi Azərbaycan və Naxçıvan hava nəqliyyatı və ya İran vasitəsilə yol nəqliyyatı ilə əlaqə saxlayır. 4 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 2011. Azərbaycan üzrə Statistik İllik Kitab. Bakı. 5 Azeryolservis ASC, 2012. Yol Təhlükəsizliyi ilə bağlı Azərbaycan Respublikası Dövlət Proqramı 2013 2017. Bakı 1

şəraitinə əsasən müəyyən olunur, baxmayaraq ki, hökumət şəhər sərnişin nəqliyyatı üçün qiymətləri və sərhəd və tranzit daşımaları üçün tarifləri müəyyən edir. Hökumət nəqliyyat vasitələrinin ox-yüklərinə nəzarəti aparmaq nəqliyyat vasitələrinin lisenziyalaşdırılmasının tətbiqinə başlamışdır. 6. 2,100 km dəmiryolu xəttinin, 1,270 km-də elektrik çəkilmiş və 828 km isə qoşa xəttlidir. Azərbaycan Dəmiryolu (ADY) ildə 22.3 milyon ton yük və 4.8 milyon sərnişin daşıyır və ən əhəmiyyətli nəqliyyat vasitəsidir. İki əsas xəttlər vardır: Şərq-Qərb xətti (502km)) Bakı və Gürcüstan sərhəddi arasında, buradan əsasən neft və neft məhsulları Qara Dəniz limanlarına nəql edilir; və Şimal-Cənub xətti (211 km) Bakıdan Rusiya sərhəddinə yük daşımaqla Rusiyadan Azərbaycana idxal üçün ən üstünlük verilən marşrutdur. 7. ADY infrastuktur və hərəkət vasitələrinə (lokomotivlərə) adekvat təkrar-investisiyalar həyata keçirə bilməmiş və nəticədə infrastruktur olduqca köhnəlmiş və lokomotiv və vaqon parkının xidmət qabiliyyəti xroniki olaraq azalmışdır. Hazırda dəmiryolu relsləri ağır vəziyyətdədir və ümumilikdə dəmiryolu şəbəkəsinin səmərəliliyinə böyük ziyan vurur: Şərq-Qərb xəttinin 502km-dən 183 km-i və Şimal-Cənub xəttinin 211km-dən 126km-i sürət limitindən aşağıdır. 8. Problemlər. Bağlantı şəbəkəsi Azərbaycanın davamlı inkişafı üçün həlledicidir. Lakin nəqliyyat şəbəkəsinin 60%-i istismar ömrünü başa vurmaqdadır. Nəqliyyat şəbəkəsi dayanıqlı və hərtərəfli iqtisadi artımı təşviq etmək məqsədlərinə nail olmaq üçü təkmilləşdirilməlidir. Yaxşılaşmalar hədəfli istismar proqramları, yaxşılaşdırılmış korridor (dəhliz) təhlükəsizliyi və səmərəliliyi, yol dizayn və yol hərəkətinin idarə olunması standartlarının inkişafı, və trans-sərhəd ticarəti və tranzit ticarəti asanlaşdırmaq üçün potensial quruculuğu daxil olmaqla, yeni investisiyaların qoyulmasını tələb edir. 9. Şəbəkə İnfrastrukturu. Nəqliyyat şəbəkəsi artmaqda olan iqtisadiyyatın ehtiyaclarına cavab vermir. Hazırda 4-cərgəli 200k magistral yolu vardır. Yol şəbəkəsinin yerdə qalan hissəsi bərbad vəziyyətdədir. Büdcənin 2001-ci ildə $5.7 milyondan 2011-ci ildə $72 milyona artırılmasına baxmayaraq, yol istismarının maliyyələşdirilməsi qeyri-qənaətbəxş olaraq qalır. Nəticədə, yol şəbəkəsinin böyük hissəsi sürətlə dağılır və gərəksiz vəziyyətə düşür. Nəqliyyat vasitələrinin oxlarına düşən yükün həddindən artıq olması da yolun sürətlə pisləşməsinə səbəb olur. Yolun vəziyyətinin bərbad olması yüksək nəqliyyat xərcləri, daşınma müddətlərinin gecikməsi, və qəza hallarının yüksək sayda olması ilə nəticələnir ki, bu qeyri-neft sektorlarının davamlı artımına və yoxsulluğun azaldılmasına mane olur.. 10. Relslərin bərpa proqramı olmadan, istismar xərclərinin ildə 20%-ə qalxacağı, və effektiv qatar sürətinin isə saatda orta hesabla 15 km-ə azalması gözlənilir. Elektrik enerji sistemi, yerüstü xəttlər zənciri, və alt-stansiyalar, xüsusilə Şərq-Qərb xətti boyunca olduqca bərbad vəziyyətdədir. Mövcud 27 substansiyalar 5 il vaxt müddətində tam yenilənməni tələb edəcəkdir. Yerüstü xəttlər zənciri sistemi də təmamilə dağılmaq vəziyyətindədir. Lokomotiv nəqliyyatı vasitələri də olduqca köhnəlmiş və yenilənməyə ehtiyac vardır. 11. Şəhərdə tıxaclar. Əsas şəhər nəqliyyatı məsələləri Bakıda mövdcuddur. Tıxac bütün əsas yol arteriyaları boyu baş verir və yolun təhlükəsizliyi və sağlamlıq problemləri yaradır. Bundan əlavə, yol şəbəkəsi çox pis qurulmuşdur və adekvat sürətdə istismar edilmir. Şəhər mərkəzində avtomobil dayanacağı obyektlərinin olmaması küçədə avtomobillərin saxlanmasına səbəb olmaqla küçənin nominal potensialına maneçilik yaradır. İctimai nəqliyyatda, Bakı metrosu hazırda həddindən artıq yüklənmədən əziyyət çəkir və təhlükəsizlik və xidmətin keyfiyyəti ilə bağlı böyük problemlər yaradır, avtobuslar üçün ayrıca yol cərgəsinin olmaması ictimai avtobusların fəaliyyəti üçün maneçilik yaradır. Bundan başqa, şəbəkələr inteqrasiya edilməmişdir, və bu Böyük Bakı ərazisində şəhər nəqliyyatı qurumunun yaradılmasına ehtiyac duyulduğunu göstərir. 2

12. Təhlükəsizlik. Nəqliyyattın təhlükəsizliyi Azərbaycanda olduqca ciddi problemdir. Azərbaycan yol hərəkəti qəzaları nəticəsində ildə $1.2 milyard itkiyə məruz qalır. 6 Yol şəraitlərinin yaxşı olmaması, təhlükəli avtomobil sürmə davranışı, və yol hərəkəti qanunlarının və qaydalarının icrasının qeyri-effektiv surətdə aparılması bu problemin miqyasını artırır. Gənc sürücülər və 18-25 yaşlarında olan sərnişinlər də yol qəzaları riskini yaradırlar (qeyd 5). Yol təhlükəsizliyi tədbirlərinin icrası üçün standartlar yoxdur, buraya şəhər nəqliyyatının idarə edilməsi üzrə avtomatlaşdırılmış electron sistemlərin, yol hərəkəti qaydalarının pozulmasının aşkar edilməsi, protokollaşdırılması və toplanması üzrə kompüterləşdirilmiş sistemlərin, və sürətə nəzarət və idarəetmə cihazlarının olmaması daxildir. 13. Sərhəd və tranzit nəqliyyatı. Sərhəd və tranzit nəqliyyatı Azərbaycanın bir neçə beynəlxalq nəqliyyat sazişləri və konvensiyaları imzalamasına baxmayaraq qeyri-səmərəli olaraq qalır. Sorğular göstərmişdir ki, firmaların 80%-i Azərbaycan sərhədlərini keçərkən 1-3 günlük gecikdirmələrlə üzləşirlər. 7 Əsas səbəblərə yol şəraitinin yaxşı olmaması, qeyri-adekvat sərhəb obyektlərinin olması, və qonşu ölkələrlə harmonizə edilməmiş sərhəd prosedurlarının olmasıdır. Bu məsələlər sərhəd və transit yol hərəkətinin səmərəliliyinə kəskin təsir edir. İnteqrasiyalı və səmərəli nəqliyyat şəbəkəsi, qonşu ölkələrlə sərhəd prosedurlarının harmonizə edilməsi daxil olmaqla, sərhəd və tranzit yol hərəkətini asanlaşdırar və regional əməkdaşlıq və inteqrasiyaya töhfə verərdi. 14. İnstitusional potensial. Strateji və institutional islahatlarda bəzi proqresin olmasına baxmayaraq, nəqliyyat sektorunda institutsional potensial məhdud olaraq qalır. Bu (i) infrastruktur şəbəkəsinin idarə olunması üçün hüquqi və tənzimləyici çərçivənin olmaması, (ii) mövcud qaydaların zəif surətdə icra edilməsi, yəni ağır nəqliyyat vasitələrinə nəzarətlər və yolun təhlükəsizliyi, (iii) zəif maliyyə idarəçiliyinin olması, (iv) infrastrukturun istismarında özəl sektorun iştirak marağının olmaması, və (v) nəqliyyat layihələrinin idarə olunmasında əməkdaşların təcrübəsinin az olmasında özünü göstərir. 15. İmkanlar. Hökumət iki proqramda nəqliyyat infrastrukturunun inkişafını prioritetləşdirmişdir: (i) Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı 2006 2015 8 və (ii) Regionların Sosial-İqtisadi Inkişafı üzrə Dövlət Proqramı. 9 Hökumətin məqsədləri (i) hüquqi və tənzimləyici çərçivələrin yaradılması, (ii) infrastrukturun inkişafı və effektiv istismar olunması, (iii) yolun təhlükəsizliyinin artırılması, (iv) sərhəd vasitəsilə və tranzit yol hərəkətinin asanlaşdırılması, (v) nəqliyyat xidmətlərinin yaxşılaşdırılması, və (vi) institusional potensialın gücləndirilməsi. Hökumət həmçinin Yolun Təhlükəsizliyi üzrə Milli Strategiya (2013-2022) və Dövlət Proqramının Fəaliyyət Planının (2013-2017) icrasından ibarətdir. 16. CAREC adlanan 2-ci dəhliz boyu Bakıdan Gürcüstan sərhəddində olan Böyük Kəsiyə olan dəmir yolu xətti Qazaxıstan və Türkmənistandan Avropa bazarlarına neft və neft məhsulları olan əhəmiyyətli həcmdə yükün tranzitini həyata keçirir. Azərbaycan hökuməti Dünya Bankı və Çex EKZİM Bankının dəstəyi ilə dəmiryol xəttinin yenilənməsini həyata keçirir. AİB hökumətin müraciəti əsasında bu dəmiryolu xəttinin maliyyələşdirilməsini nəzərdə tutur. 6 Dünya Bankı, 2010. Təkərlər üzərində Ölümün Qarşı Mübarizə : Avropa və Mərkəzi Asiyada Yolların Təhlükəsizliyinin Təmin Edilməsi. 7 Dünya Bankı. 2002. Cənubi Qafqazda Ticarət və Nəqliyyatın Asanlaşdırılması: Azərbaycan. Vaşinqton, ƏM. 8 Azərbaycan Respublikası. 2008. Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı, 2006 2015. Bakı. 9 Azərbaycan Respublikası. 2009. İllər üzrə Regionların Sosial-iqtisadi İnkişafına dair Dövlət Proqramı. Bakı. 3

2. Hökumətin Sektor üzrə Strategiyası 17. Nəqliyyat proqramlarını icra etmək üçün, AİB-in yardımı ilə Nəqliyyat Nazirliyi Nəqliyyat Strategiyası Sənədinin hazırlanmasından sonra Nəqliyyat Sektoru İnkişaf Strategiyasının hazırlamışdır. 10 Yol şəbəkəsi üçün hökumətin ümumi investisiya planı 2006 2015 illər üzrə $500 milyon təşkil edir. Hökumət həm capital həm də potensial quruculuğu üçün investisiyalar ehtiyacındadır ki, buraya əsas elementlər olaraq: layihə dizaynı, keyfiyyəti, standartları və islahatları üzrə ən yaxşı təcrübə daxildir. Əsas niyyət, hökumətin ən son strategiya sənədi olan Azərbaycan 2020-ci il proqramında göstərldiyi kimi, Azərbaycanı istehsal və investisiyalar cəlb edəcək və yeni iqtisadi imkanlara səbəb olacaq regional ticarət şəbəkəsinə çevirməkdir 11. 18. Nəqliyyat Nazirliyi ölkənin iqtisadi və sosial inkişafına dəstək verən təhlükəsiz, səmərəli, və dayanıqlıq nəqliyyat şəbəkəsinin yaradılması məqsədilə 2006-2015-ci illər üzrə Yol Şəbəkəsinin İnkişafı Proqramı (Proqram) 12 işləyib hazırlamışdır. İnvestisiya komponenti 124 prioritet yol üzrə 9,500km yol tikintisindən (yeniləmə və bərpa) ibarət olacaqdır. Qeyri-investisiya komponenti prioritet islahatlara diqqət verəcəkdir ki, buraya tənzimləmə və əməliyyat prosedurlarının işlənib-hazırlanması; özəl sektorun tikinti və istismarda iştiraka təşviq edilməsi; və planlaşdırma, monitorinq, qiymətləndirmə və hesabatlılıq üzrə potensial quruculuğu daxildir. Ümumi investisiyalar 10 illik vaxt müddətində 2012-ci ilin qiymətləri ilə $8.46 milyarda çatmışdır. 19. Şəhər nəqliyyatı strategiyası olmasa da, şəhər nəqliyyatının prioritetləri 2010-cu ildə Dünya Bankı tərəfindən müəyyən edilmişdir. 13 Baxmayaraq ki, bu prioritetlərin bəziləri hazırda icra edilməkdədir və bəzi islahatlar artıq aparılmışdır, bu sahədə istinad edilməli əsas sənəd və Bakıda bu iş üzrə məsul ayrıca təşkilat olmadığından müfəssəl və dayanıqlı şəhər nəqliyyatı strategiyasını tam icra etmək üçün müvafiq çərçivə üçün yetərli deyildir. 20. Hökumət dəmiryolu sektorunun inkişafını yolların inkişafı qədər bərabər surətdə mühim məsələ hesab edir və Azərbaycanın dövlət dəmiryoluun inkişafı üçün müfəssəl proqram işləyib hazırlamışdır. Dəmiryolu proqramı dəmir yolu relslərinin bərpası və lokomotivlərin əsaslı təmirinə olan ehtiyacın vacibliyini əks etdirir. Həmçinin hökumət Şərq-Qərb xətti üçün elektirikləşmə sistemini mövcud birbaşa cərəyanlı 3 kilovoltdan alternative cərəyanlı 25 kilovolta konvertasiya etməyi və tədricən müasir texnologiyaya keçidi təklif edir.bu proqramın ümumi xərci 5 il icra müddəti olmaqla $2.0 milyard hesablanır. 3. AİB-in Sektor üzrə Təcrübəsi və Yardım Proqramı 21. AİB-in yol sektoruna yardımı Azərbaycanı qonşu ölkələrlə birləşdirən əsas magistral yollarının təkmilləşdirilməsi, strateji islahatların dəstəklənməsi və potensial inkişafın təşviq edilməsi istiqamətlərinə yönəlir. AİB-in ikinci dərəcəli yollar və kənd yollarına dəstəyi kəndlilərin yaşayış şəraitlərinin yaxşılaşdırılmasına mühim töhfə vermişdir. AİB 2005-2006-cı illərdə nəqliyyat sektorunun inkişaf strategiyasının işlənib-hazırlanmasında hökumətə yardım etmişdir ki, 14 bu sonradan AİB-in nəqliyyat sektoruna əlavə yardımına istiqamət vermişdir. Hökumət dəmiryolu skeotrunun yenidənqurulmasında da digər yardım qurumlarının davam etməkdə olan səylərinə dəyər qatmaq və dəstək vermək üçün AİB-in əlavə yardım göstərməsini nəzərdə tutur. 22. AİB nəqliyyat sektoruna ümumi məbləği $1 milyard olmaqla, 9 kredit və üç texniki yardım 10 ADB 2005. Technical Assistance to the Azərbaycan Respublikası for Transport Sector Development Strategy. Manila. 11 Azərbaycan 2020: Gələcəyə Baxış konsepsiya sənədi 12 Azərbaycan Respublikası. 2006. Public Investment Program in the Road Subsector, 2006 2015. Bakı. 13 Dünya Bankı. 2010. Strategic Transportation Plan for the Bakı Metropolitan Area. 14 ADB. 2005. Technical Assistance to the Azərbaycan Respublikası for the Transport Sector Development Strategy. Manila. 4

(TY) layihələri təqdim etmişdir. Layihələrdən ikisi tamamlanmış və digər üçü isə icradadır və ya tikinti şirkəti ilə kontrakt artıq imzalanmışdır. Beşinci kredit layihəsi və sonrakı layihələrdə sektorda qadınların məşğulluğunun/karyera inkişafının artırılması üçü imkanlar nəzərdə tutacaq, və qadınların nəqliyyat dəhlizləri boyu gəlir əldə etmə ehtiyaclarına toxunacaq, sanitariya obyektləri kimi digər yolkənarı infrastruktur inkişafı planlaşdırı və koordinasiya edəcək, və qadınlar və qızlar üçün ictimai nəqliyyatın olması və yol hərəkəti/nəqliyyatının təhlükəsizliyi məsələlərinə toxunacaqdır. 23. Şəhər nəqliyyatında, AİB Bakıda yol hərəkəti şəraitinin yaxşılaşdırılması, havanın çirklənməsi və yolun təhlükəsizlyi məsələlərinin həllinə diqqət yetirəcəkdir. Şəhər nəqliyyatı üzrə planlar hazırda baxılmaqdadır ki, buraya metro stansiyalarının yenilənməsi, avtobus və qeyri-motorlu nəqliyyat üzrə prioritet tədbirlər, dayanacaq obyektləri və şəhər yolları daxildir. 5

Qeyri-Şəhər Nəqliyyat sektorunda olan Problemlərin Təsviri Dayanıqlı olmayan İqtisadi İnkişaf və insan inkişafı TƏSİRLƏR Nəqliyyat t ransasfasport xidmətlərinin service azlığı s and və high yüksək istifadə user xərcləri cost İqtisadi imkanlara ccess məhdud to economic çıxış və sosial o pportunities xidmətlər and social services C ƏSAS PROBLEM Səmərəsiz transport nəqliyyat system sistemi Dayanıqlı Unsustainable olmayan infrastuktur infrastructure kapitalı capital stock Nəqliyyat İNfrastrukturunun azlığı İnkişafdan Qalmış regional bağlılıq SƏBƏBLƏR İstismar Lack of Xidmətinin systematic t zəif ransport olması m aintenance Nəqliyyat Lack İnfrastrukturu of t ransport planlaması i nfrastructure və investisiyasının planning azlığı and i nvestment Nəqliyyat Lack of transport sektoru sector koordinasiyasının coordination and zəif olması regulation Planlaşdırma Insufficient, tikinti, g overnment nizamlama capacit və texniki ies to xidmət p göstərilməsində lan, build, regu late müvafiq and m dövlət aintain strukturlarınsa transport potensialın i nfrastructure olmaması Cari xərclərin r məhdud olması Uyğun olmayan avadanlıq Təhsilli və peşəkar kadrların azlığı 6

7 AİB-in Töhfəsi Nəticəsində Sektordan Gözlənilən Nəticələr Əhalinin yerli və beynəlxalq bazarlara daha səmərəli, etibarlı və təhlükəsiz daşınması Sektor üzrə Nəticələr Çərçivəsi (Nəqliyyat, 2014 2018) a Sektorun İnkişafının Ölkə üzrə Nəticələri Ölkədə Sektor üzrə Görüləcək İşlər AİB-in Sektor üzrə Əməliyyatları Hədəflər və Baza AİB-in Töhfəsi İnkremental (Artan) Məlumatları daxil omaqla Nəticəsində Sektorda Hədəflər üzrə AİB-in Planlaşdırılan və Göstəricilər Görüləcək İşlər Göstəricilər İcrada olan Yardımları Avtomobil nəqliyyatı ilə yükdaşımalarının hərəkəti 2020-ci ildə 25% (2010 baza məlumatı: 11,325 milyon ton-km) Avtomobil yolu ilə sərnişin hərəkəti 2020-ci ildə 20% artmışdır (2010 baza məlumatı: 16,633 milyon sərnişin-km) Yol qəzalarından ölümün sayı 2020-ci ildə hər 100,000 əhali üzrə 25% (7.7-ə) azalmıdır. (2010 baza məlumatı: 10.3) Eyni xidmət səviyyəsini saxlamaqla Avtobuslarin sayının 700-dən (2014) 2018 ildə 400 dək azaldılması) Ümumi nəqliyyat və ictimai nəqliyyat üçün seçilmiş şəhər yol dəhlizləri üzrə səfər vaxtı 2020-ci ildə 20% azalmışdır b Bakı Sumqayıt arası qatar xidmətləri 50 km uzunda və pis vaxtlarda 17000 nəfər daşıyacaqdır. Təkmil, səmərəli, və təhlükəsiz nəqliyyat infrastrukturu şəbəkəsi və xidmətləri Yaxşı və kafi vəziyyətdə olan yolların faizi 2020-ci ildə 50% artmışdır (2010 baza məlumatı: 10%) Bərpa olunmuş və yenidən qurulmuş yollar və magistrallar 2020-ci ildə 2010-cu illər müqayisədə 200 km artmışdır. Planlaşdırılan əsas fəaliyyət sahələri Beynəlxalq, milli və qəsəbə/yerli yolların bərpası (vəsaitlərin 60%-i); sektor-boyu idarəetmə və islahatlar (vəsaitlərin 10%-i); ictimai nəqliyyat (vəsaitlərin 20%-i), və qeyri-motorlu yol hərəkəti (vəsaitlərin 10%-i) Planlaşdırılan layihələr-hesablanan məbləğlərlə birgə Yol şəbəkəsinin inkişafı üzrə ikinci Layihə üçün MFF mexanizmi t ($500 milyon) Dəmiryolunun inkişaf proqramı üçün TY ($1 milyon) MFF Bakı Şəhəri Nəqliyyatına İnvestisiya Proqramı ($300 milyon) Şəhər İnfrastrukturunun inkişafına PPTA (layihə hazırlığına TY) ($500,000) Icrada olan layihələr təsdiq olunmuş məbləğlərlə Magistral və yerli yolların inkişafı üçün İcrada olan MFF($500 milyon) AİB-in yardımlarından Gözlənilən Əsas Nəticələr Planlaşdırılan əsas fəaliyyət sahələri 200 km magistral və yerli yolların bərpa edilməsi Yolun istismarının təkmilləşdirilməsi, işin-nəticəsinə əsaslanan kontraktların icra edilməsi, inventarın idarəçiliyi Yolun təhlükəsizliyinin artırılması, və yol şəbəkəsinin dayanıqlığının təmin edilməsi Yol standartlarının və xüsusiyyətlərinin işlənib-hazırlanması ilə idarəçiliyin təkmilləşdirilməsi Planlaşdırılan layihələr 200 km 4-zolaqlı magistralların yenidən qurulması və bərpa edilməsi 10 km şəhər yolun tikilməsi, avtobuslar üçün xüsusi cərgə və qeyri-motorlu nəqliyyat tədbirləri daxil olmaqla 2 metro stansiyalarının yenilənməsi İcrada olan layihələr 100 km 4-zolaqlı magistral və 75km yerli yolların tikilməsi və bərpa edilməsi Dörd aşırımlı körpülərinin quraşdırılması və fəaliyyət göstərməsi Ödənişli yollar üzrə qaydalar və hüquqi çərçivənin işlənib-hazırlanması. PPTA- Şəhər Nəqliyyatı ($925,000), 2012 AİB = Asiya İnkişaf Bankı, km = kilometr, MFF = multitranş maliyyələşdirmə mexanizmi, TA = texniki yardım. Mənbə: Asiya İnkişaf Bankı a Burada şəhər nəqliyyatı göstəriciləri AİB-in 2009-cu ildə qəbul olunan Layihə Təsnifatı Sisteminin Yenidən Qurulması üzrə Əməkdaşlar üçün Təlimat Sənədinə uyğun göstərilmişdir. Şəhər nəqliyyatı barədə göstərilən məlumat Sektor Qiymətləndirilməsi: Su Təchizatı və Digər Bələdiyyə İnfrastrukturu və Xidmətlərində (Xülasə) təqdim edilmişdir (Azərbaycanın 2014-2018-ci illər üzrə ÖTS sənədinin 2-ci Əlavəsində istinad edilən sənədlərin siyahısından əldə edilə bilər). b Baza məlumatı şəhərdə nəqliyyat dəhlizləri seçildikdən sonra müəyyənləşdiriləcəkdir. 7